Accessibility links

Azərbaycanda fəal gənclər naməlum şəxslərin hücumuna məruz qalıb (audio)


Bu gün Azərbaycanın fəal gənclərindən AN şəbəkəsinin sədri Emin Milli və “Ol” Gənclər Hərəkatının həmtəsisçilərindən Adnan Hacızadə mülki geyimli şəxslərin hücumuna məruz qalıblar. Hadisənin günün ikinci yarısı gənclərin şəhərin mərkəzindəki kafelərdən birində söhbət edərkən baş verdiyi bildirilir. Amerikanın səsini radio proqramına Bakıdan canlı qoşulan hüquqşunas Erkin Qədirli bildirib ki, onlar da hadisə ilə bağlı təfərrüatlı məlumata malik deyillər. Ancaq Emin və Adnanla telefon danışığına istinad edən cənab Qədirli bunlari deyir: “Dostlar kafelərdən birində oturaraq bir çox mövzular barədə fikir mübadiləsi aparıblar. Bu mövzular içərisində siyasət də olub. Bu zaman mülki geyimli, idmançı görkəmli iki nəfər onlara yaxınlaşaraq heç bir söz demədən ani olaraq gənclərə zərbə endirməyə başlayıb. Adnana daha ağır zərbə dəydiyi söylənilir. Emini də vurublar, ancaq onun xəsarəti xeyli azdı”. Erkin Qədirli bildirib ki, əvvəlcə həkim müayinəsinə aparılan gənclər hazırda Bakl şəhər Səbail rayon polis bölməsində izahat yazır.

Cənab Qədirli bildirib ki, polis bölməsinin qarşısına toplaşan Emin və Adnanın dostlarına da polis müdaxilə edib: “15-ə yaxın adam polis bölməsinin qarşısında sadəcə durub gözləyirdilər . Bu zaman polis əməkdaşı onlara yaxınlaşaraq bildirib ki, rəis burada heç kəsin dayanmamasına əmr verib. Onlar sakitcə həmin yerdən aralanmaq istəyərkən polis təzyiqlərini artırıb.” Erkin Qədirli daha sonra hadisənin sovuşduğunu da bildirib.
XS
SM
MD
LG