Əfqan rəsmilərinin bildirdiyinə görə, Taliban yaraqlıları Nuristan vilayətindəki polis məntəqəsinə hücum edərək, 8 polis işçisini qətlə yetirmiş, digər səkkizini isə girov götürmüşlər. Dünəndən bəri başlayan qarşıdurma zamanı 21 Taliban yaraqlısının da öldürüldüyü bildirilir. Nuristanın qubernatoru Camaluddin Badar yaraqlılarla döyüşlərın qaçılmaz olduğunu və əlavə qüvvələrə ehtiyacolduğunu deyib. Əfqanıstanın Müdafiə Nazirliyi kömək məqsədi ilə həmin regiona əlavə 100 nəfərdən ibarət əsgəri qüvvə göndərildiyini bildirib. Qeyd edək ki, Pakistanla sərhəddə yerləşən Nuristan vilayəti Taliban yaraqlılarının geniş fəaliyyət göstərdikləri bölgələrdəndir.