Accessibility links

Venesuela televiziyasına müsahibəsi zamanı ABŞ dövlət katibi İranla bağlı fikirlərini söyləyib


ABŞ dövlət katibi Hillari Klinton deyib ki, İranla diplomatic səylər baş tutmasa, Birləşmiş Ştatlar Tehrana qarşı ciddi sanksiyaların tətbiqinə çağıracaq. Xanım Klinton bu barədə açıqlamanı dünən Venesuelanın Qlobovisin televiziyasına eksklyusiv müsahibəsi zamanı verib. Dövlət katibi İranla Venesuela arasındakı əlaqələrəonun necə münasibət göstərməsi barədə sualı cavablandırarkən, İranın öz demokratiyasına hörmət etmədiyini deyib. Xanım Klinton İranda iyun ayında keçirilənprezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı İran hökumətinin zorakılıqlarına etirazını bildirmiş və İranın Yaxın Şərqdə sabitsizliyə yol aça biləcəknüvə silahlarını əldə etmək səylərinə dair narahatlıqlarınıbildirib.

XS
SM
MD
LG