Accessibility links

Böyük Səkkizlik işini davam etdirir


Böyük Səkkizliyin liderləri bu gün İtaliyanın Laquila şəhərində keçirilən sammitin ikinci günü dünyanın iqtisadi baxımdan inkişaf etməkdə olan beş ölkəsinin - Braziliya, Çin, Hindistan, Meksika Cənubi Afrikanın liderləri ilə ticarət, iqlim dəyişikliyi və digər məsələləri müzakirə edib. Danışıqlar zamanı ərzaq təhlükəsizliyi, inkişaf etməkdə olan ölkələrə yardım, hazırda siyasi böhran keçirən Honduras və Çinin Sincan vilayətindəki etnik zorakılıqlar məsələləri də müzakirə mövzusu olub.

Birinci gün keçirdiyi yığıncağından sonra Böyük Səkkizlik İranda prezident seçkilərindən sonrakı hadisələr, İran və Şimali Koreyanın nüvə proqramı və raket sınaqları pislənən bənayan hazırlyıb. Səkkizlər Qrupunun bəyanatında deyilir ki, iqtisadi dirçəlişə dair bəzi nailiyyətlər qeydə alınsa da, qlobal iqtisadiyyat hələ də ciddi çətinliklər qarşısındadır.

ABŞ, Yaponiya, Almaniya, Fransa, Britaniya, İtaliya, Kanada və Rusiyanın üzv olduğu Böyük Səkkizlik qlobal istiləşmənin əsas səbəblərindən olan istixanə qazlarının ixtisarı barədə də razılıq əldə ediblər.

XS
SM
MD
LG