Accessibility links

Fransada gənclər mitinq keçirirlər


Fransanın cənub-şərqi Firmini şəhərində etirazçılar bir gəncin polis təcridxanasında öldürülməsinə etiraz əlaməti olaraq üçüncü gecədir ki, mitinq keçirirlər.

21 yaşlı Məhəmməd Benmouna bazar ertəsi komaya düşdükdən iki gün sonra həyatını itirib.

Polis onun intihar cəhdi nəticəsində öldüyünü deyir. Ancaq Benmounanın ailəsi bu arqumenti qəbul etmir və işin içində zorakılıq olduğundan şübhələnir.

Onlar məsələni aydınlaşdırmaq üçün artıq məhkəməyə müraiət ediblər.

Dünən gecə isə 100-dən artıq gənc Benmounanın ailəsinə dəstək məqsədi ilə üçün onun mənzili qarşısında toplaşıblar.

XS
SM
MD
LG