Urumçinin bəzi sakini xəbərlər agentliklərə
deyib ki, onlar zorakılıqlara görə evlərindən çıxmağa qorxurlar, başqaları isə
itkin düşən qohumlarını axtardığını bildiriblər. Çinin hərbi qüvvələrinin məlumatına
əsasən, zorakılıqlar nəticəsində 184-
adam həlak olub. Rəsmilər 137 nəfərin han etnik qrupunun üzü, qalanlarının
əksəriyyətinin uyğurlar olduğunu
bildirib. Etnik qruplar arasında toqquşmalar iyulun 5-də uyğuların Çinli Hanlara hücumundan sonra baş verib. İki gün sonra Han etnik qrupunun üzvləri uyğurlardan qısas
almaq üçün küçələrə tökülmüşlər. Rəsmilər 1434 nəfərin həbs edildiyini
bildirirlər.
Xaricdəki uyğur qrupları isə deyirlər ki, toqquşmalarda yüzlərlə uyğur həlak olub. Birləşmiş Ştatların bir kongresmini toqquşmalarda 500 adamın öldüyünü bildirib.
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Sincandakı zorakılıqları uyğurlara qarşı genosid adlandıraraq deyib ki, Çin hökuməti bu hadisənin müşahidəçisi olmamalıdır. Kongresman Villiam Delahund və Dana Rohrabacher Birləşmiş Ştatları Çini uyğuların susdurulması ölçülərini qınamağa səsləyib. Onlar Pekini dinc yolla fəaliyyət edən dissidentləri edam hökmünə məhkum etməməyə çağırıblar. Çin hökuməti zorakılıqların təqsirini separatist və terroççu adlandırdığı daxildəki və xaricdəki qrupları,xüsusilə də Vaşinqtonda yaşayan uyğur fəal Rəbiyə Qədirin üzərinə atıb.