Iranda qəzaya uğrayan təyyarənin iki qara qutusu aşkar edilib. Qutulara ciddi ziyan dəysə də, ekspertlər onlardan qəza ilə bağlı məlumat əldə etməyə çalışır.
İranın şimal-qərb bölgəsində sərnişin təyyarəsinin qəzası nəticəsində təyyarədə olan 168 adamın həlak olduğu bildirilir. Ermənistanın paytaxtı Yerevane istiqamət alan təyyarə İmam Xomeyni hava limanından qalxdıqdan 16 dəqiqə sonra Qəzvin şəhəri yaxınlığınada düşüb. Təyyardə olanların 153 sərnişin, 15 nəfəri isə uçuş heyətinin üzvi olub.
Şahidlərin dediyinə görə, təyyarə hələ havada ikən alovlanıb. ABŞ qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Təyyarə-Russiya ilə İranın 1990-cı illərdə təsis etdikləri Caspian Airlines birgə şirkətə məxsus idi.İranda təyyarələrin köhnə olması səbəbi ilə tez-tez qəzalar baş verir.