Accessibility links

Rusiyalı ekspert Moskvada keçirilən Qarabağ danışıqları barədə


Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlamasına dair danışıqlar başlayıb. Sabah isə Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilməlidir.

Moskva danışıqları prezidentlər İlham Əliyevlə Serj Sarkisyan arasında son bir ildə keçirilən 6-cı görüşdür. Bundan əvvəlki Peterburq görüşünün üstündən heç ay yarım vaxt keçməyib.

Ancaq bugünkü görüş ərəfəsində tərəflərin mövqelərində yaxınlaşmanın olduğunu israrla qeyd edən Kreml, nikbinliyini səsləndirməkdədir.

Rusiya rəsmiləri danışıqların sabah prezident Medvedevin də iştirakı ilə, ötən ilki formatda aparılacağını bildirsələr də, bu görüşün nəticəsində hər hansı sənədin imzalanması nəzərdə tutulmur.

İnterfaks agentliyinin məlumatına görə, Əliyev-Sarkisyan dialoqu ərəfəsində Rusiya prezidenti Qarabağ nizamlamasından nikbin olduğunu bir daha bəyan edib.

Medvedev deyib ki, Əliyevlə Sarkisyan bir birini heç də pis başa düşmürlər. Çözüm tələb edən nüansların sayı azalmaqdadır və bunlar həll oluna bilən məqamlardır.

Lakin Rusiya prezidentinin nikbinliyini paylaşmayanların öz arqumentləri var. Moskvadan Qafqaz üzrə təhlilçi, Moskva Dövlət Universitetinin araşdırmaçısı Aleksey Vlasov hesab edir ki, Rusiyanın vasitəçiliyinin əsas məqsədi münaqişənin gərginləşməsinə imkan verməməkdir.

Belə ki, Kreml sadəcə tərəflərin mövqeləri yaxınlaşdırır və açıq qalmış məsələlərin həlli heç də onilliklər tələb edən iş deyil.

Amerikanın səsinə müsahibəsində cənab Vlasov bununla yanaşı, əlavə edib ki, işin ən çətin tərəfi prezidentləri yox, xalqları sülhə hazırlamaq olacaq.

“İndi nə Ermənistanda, nə də Azərbaycanda ictimai rəy real güzəştlərə hazır deyil. Bu baxımdan hətta danışıqlarda hər hansı razılaşma əldə olunsa, bunu ictimaiyyətlərə izah etmək həm ilham Əliyev, həm də Serj sarkisyan üçün olduqca çətin olacaq. Söhbət ondan gedir ki, prezidentlər Madrid prindisləri barədə ortaq mövqeni necə əldə edəcəklər. Kuluarlarda gəzən ilkin rəy belədir ki, əgər prezidentlər arasında minimum yaxınlaşma müşahidə olunsa, bu böyük irəliləyişdir. Ondan sonra əsas iş başlamalıdır – xalqlarla işləmək. Çünki bu münaqişəni daha artıq donmuş vəziyyətdə saxlamaq olmaz. Belə ki, kompromislərin yeganə alternativi –müharibədir”, - deyə Vlasob bildirib.

İyulun 10-da “Böyük Səkkizliyin” sammitində Rusiya, Fransa və Amerika prezidentləri Dağlıq Qarabağa dair birgə bəyannamə qəbul ediblər. Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi Bakı və Yerevana tənzimləmənin əsas prinsiplərini cəmləşdirən təqdim ediləcək yeni təkliflər paketinin gerçəkləşməsində ölkələrinin dəstəyini bildiriblər.

Mən cənab Vlasovdan yeni təkliflər paketinin nə demək olduğunu soruşdum:

“Bildiyim qədər, Rusiya Azəbaycan və Ermənistan arasında bir neçə həftə əvvəl açıqlanmış sənəd elə Madrid prinsiplərinin yeni variantlarını ifadə edir. Orada söhbət bir neçə bənddən gedir. İlk bənd Dağlıq Qarabağa heç vaxt aidayyatı olmamış rayonların azad edilməsidir. Son bəndlər isə Dağlıq qarabağın statusundan bəhs edir. Münaqişənin vasitəçiləri və orbitrləri son addımları qarşıdakı günlərdə müəyyən etməlidirlər”, - deyə ekspert vurğulayıb.

XS
SM
MD
LG