Accessibility links

Moskvada Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü keçirilib


Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünün nəticəsi haqqında məlumat verilməyib. Heydər Əliyev və Serj Sarkisyan şənbə günü də Rusiyaın prezidenti Dmitri Medvedevlə bir yerdə görüş keçirəcək.

Interfax ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri, ABŞ Dövlət Katibinin müşaviri Metyu Brayzaya istinad edərək bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyev əvvəlki görüşlərdə əldə edilmiş tərəqqini daha da qabağa aparsalar da yeni bir qərar qəbul etməyiblər. Bu günkü görüşün detalları haqqında məlumat verilməyib.

Bu arada Rusiyanın bir rəsmisi bildirib ki, iki liderin Moskvada bir müqavilə imzalaması planlaşdırılmayıb. O deyib ki, görüşün məqsədi iki tərəf arasında yaxınlaşmanın əldə olunmasıdır.

Keçən həftə Böyük Səkkizliyin zirvə görüşündə ABŞ, Rusiya və Fransanın liderləri verdikləri birgə bəyanatda Ermənistan və Azərbaycanın rəhbərlərini münaqişəni həlletməyə çağırmışlar. Onlar sülh danışıqlarını dəsdəkləməyə davam edəcəklərini bildirmişlər.

XS
SM
MD
LG