ABŞ Konqresində Müdafiə nazirliyinin
Quantanamoda saxlanan məhbusların 3-cü dövlətə göndərilməsi, qanunvericilərə
məhbuslarla görüşməyə icazə verilməməsi və istintaqla bağlı illərdir davam edən
məxfiliyə dair narahatlıqlar ən yüksək həddə çatıb. Hətta saxlanma məntəqəsinin açıq qalmasının
tərəfdarı olan qanunvericilər də indi cavab tələb edir. Kaliforniyanı təmsil
edən respublikaçı konqresmen Dana Rohrbaçer Müdafiə nazirliyinin ABŞ-ın
seçilmiş nümayəndəsini rədd etdikləri təqdirdə, Çin hökumətinin agentlərinə
uyğur məhbuslarla görüşməsinə icazə verilməsini necə izah etdiyini bilmək
istəyidini bildirib. Konqresdə keçirilən Rohrbaçerlə Müdafiə Nazirliyinin
Məhbuslarla iş üzrə idarəsinin rəhbəri Cey Alan Liotta ilə söz mübadiləsi
aparıb.
Dinləmə zamanı Liotta qanunvericilərin narahatlığını başa düşdüyünü desə də, konqresmen dəfələrlə ona bildirib ki, Çin hökumət agentlərinin məhbuslarla görüşünə icazə verilməsi və ABŞ nümayəndəsinə əks münasibət absurd bir hadisədir.
Liotta uyğur məhbuslara dair məsələnin ictimaiyyət qarşısında müzakirəsindən imtina edərək, deyib ki, bütün suallara qapalı brifinqdə cavablandıra bilər.
2001-ci il ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsindən sonra 22 uyğur Quantanamoya göndərilmişdi. Onlardan heç biri heç vaxt Birləşmiş Ştatlara qarşı fəaliyyətdə ittiham olunmayıb. Bəziləri sərbəst buraxılaraq 3-cü ölkəyə göndərilib. Obama administrasiyası yerdə qalan 13 uyğurun Sakit okean hövzəsində Palau ölkəsinə göndərməyi planlaşdırır.
Konqres dinləməsinə təqdim olunmasa da, azad edilən bir neçə uyğur məhbus 2002-ci ildə Çin agentlərinin onları sorğu-sual etdikləri barədə bəyanat açıqlayıblar. Onlar iddia edir ki, bir neçə gün davam edən dindirmə ABŞ hərbi personalının iştirakı olmadan keçirilib.
Virginiyadan demokrat konqresmen Cim Moran ABŞ ordusu üçün vəsait ayrılmasına nəzarət edən Konqres komitəsinin üzvüdür. O, dindirilmənin ABŞ hərbi personalı olmadan keçirilməsinə sərt reaksiya verib.
“Belə bir şey olub ya yox?” – deyə konqresmen Liottadan soruşub. Liotta isə təəssüflə onun sualını cavabsız qoyacağını bildirib.
Bundan sonra isə cənab Moran konkret cavab gəlməsə Liottanın idarəsi üçün vəsait ayrılmasının qarşısını alacağını deyib. Liotta isə yenidən cavab verməkdən imtina edib.
Pekin Çindəki müsəlmanları separatçı məqsədlərlə terrorçuluqda ittiham edir və uyğurların ölkəyə geri verilməsini tələb edir. ABŞ isə bu tələbi rədd edərək deyir ki, onlar geri qaytarılacaqları təqdirdə ölüm hökmü ilə üzləşə bilər.