Accessibility links

Terror şübhəlilərini xüsusi bölmə dindirəcək


ABŞ hökumət rəsmiləri bildirir ki, Obama administrasiyası yüksək dəyərli terror şübhəlilərini dindirmək üçün peşəkar müstəntiqlərdən ibarət xüsusi bölmə yaratmağı nəzərdən keçirir. Adlarının çəkilməsini istəməyən rəsmilər Washington PostWall Street Journal-a bildiriblər ki, hökumətin dindirmə metodları ilə bağlı araşdırıcı qrupu hələ prezidentə hesabat verməyib. Rəsmilərin dediyinə görə xüsusi bölmənin əsas məqsədi mühakimə üçün material yox, kəşfiyyat toplamaq olacaq. Komanda həmçinin yeni dindirmə metodlarını müəyyən edəcək. Rəsmilər bu bölmənin Mərkəzi Kəşfiyyat Agentliyi nəzdində olmayacağını bildirir.
XS
SM
MD
LG