İraq polisi Baquba şəhəri yaxınlığında şıə zəvvarları ziyarətə aparan avtobusların silahlılar tərəfindən hücuma məruz qaldığını bildirir. Qeyd edək ki, aprel ayında çoxu iranlı zəvvar olmaqla, 57 nəfərin ölümü ilə nəticələnən yol kənarındakı restoranda həyata keçirilən bomba hücumundan sonra zəvvarları daşıyan avtobusları İraqın Daxili İşlər Nazirliyinın təhlükəsizlik qüvvələri müşayiət edir.
Polisin dediyinə görə, bu zorakılıq və ümumiyyətlə dünən Bağdad ətrafında həyata keçirilən bomba hücumları nəticəsində azı 15 nəfər həlak olmuş, 100-dən çox insan yaralanmışdır. Bomba hücumlarının üçü şiələrin yaşadığı Sədr şəhərində baş verib.