Accessibility links

Nyu Yorkda Azərbaycanlı ziyalıların da iştirak etdiyi üç günlük aclıq aksiyası bu gün başa çatıb


İranda İyun ayının 12-dəki prezident seçkilərinin rəsmi nəticələrinə etirazların davam etdiyi bir zamanda seçkilərdən sonra həbs olunanların azadlığa buraxılması tələbilə dünyanın başlıca şəhərlərində aksiyalar keçirilir. Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının qarşısında çərşənbə günü başlayan aclıq aksiyasının bu gün son günüdür. Dünyanın müxtəlif şəhərlərindən gələn İranlı ziyalılar İrandakı etirazçılarla həmrəyliklərini nümayiş etdirmək və prezident seçilərindən sonrakı nümayişlər vaxtı həbs olunanların azadlığa buraxılması tələbiylə bu aksiyada iştirak ediblər.
Xatırladaq ki, müğənni Ququş və insan hüquqları fəalı Şirin İbadi də başqa şəhər və ölkələrdən gələn Azərbaycanlı ziyalılarla bir yerdə aksiyanın iştirakçıları arasında idilər.
Sabah da ABŞ-da daxil olmaqla dünyanın bir çox ölkəsində İrandakı etirazçılarla həmrəylik üçün genişmiqyaslı nümayişlər keçirilməsi planlaşdırılıb. Vaşinqtondakkı nümayiş sabah, şənbə gtünü yerli vaxtla günortadan sonra saat dörddə BMT-nin Vaşinqtondakı idarəsinin qarşısında başlayacaq və şəhərin mərkəzində davam edəcək.

XS
SM
MD
LG