İraqın baş naziri Nuri Əl-Maliki Birləşmiş Ştatlar hərbi qüvvələrinin İraqdan 2011-ci il dekabr ayının 31-nə qədər bütünlüklə çıxarılması üçün qoyulmuş möhlətdən sonra da ölkədə qalmasına razı ola biləcəyinə işarə edib. Dünən verdiyi açıqlamasında cənab Məliki deyib ki, ABŞ ordusunun İraqdan çıxarılması üçün qoyulmuş möhlətin dəyişdirilməsi məsələsinə İraq hərbi qüvvələrinin təlim və dəstəyə ehtiyacı olduğu təqdirdə yenidən baxıla bilər. İraq lideri ABŞ ordusunun ölkədən çıxaralması üçün vaxtın yalnız İraqın ehtiyaclarından asılı olaraq dəyişə biləcəyini deyib.
Çərşənbə günü baş
nazir Nuri Əl-Malikinin Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı
cənab Obama da ordunun 2011-ci ilin sonunda çıxarılması qərarına baxmayaraq, bu
tarixin İraqdan asılı olduğunu deyib.