Accessibility links

Hindistan Kəşmirində separatçılar nümayişə səsləyir


Hindistanın nəzarətindəki Kəşmirdə separatçılar liderlərinin həbsinə etiraz əlaməti olaraq xalqı nümayişə səsləyiblər. Kəsmirin ən böyük şəhəri Srinaqarda dükan və bəzi idarələrin bağlandığı bildirilir. Separatçılar Seyid Əli Şah Gilaninin və digər liderlərinin təxminən bir ay öncə həbs edilməsinə ətiraz edirlər. Gilanini may ayında iki Kəşmirli qadının Hind polisi tərəfindən zorlandığı və sonradan öldürüldüyünə görə Hindistana qarşı nümayişlər təşkil etdikdən sonra həbs etmişlər. Hindistan hökuməti 4 polis zabitini bu cinayətdə iştirak etdiklərinə görə həbs edib. Kəşmirin müsəlman separatçıları Hindistandan müstəqil olmaq, ya da Pakistanın nəzarətindəki Kəşmirlə birləşmək üçün təxminən 20 ildən artıqdır ki, mübarizə aparırlar.
XS
SM
MD
LG