Accessibility links

Çeçenistanda və İnquşetiyada 8 yaraqlı öldürülüb



Rusiya xəbər agentliklərinin məlumatına görə, təhlükəsizlik qüvvələri bu gün ölkənin iki cənub regionunda 8 yaraqlını öldürüblər.

Məlumatlara görə, hadisə Çeçenistanda və qonşu İnquşetiya baş verib.

Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov deyib ki, təhlükəsizlik qüvvələrinin paytaxt Qroznının cənubundakı Qoiti və Urus-Martan rayonlarında apardığı əməliyyatlar zamanı 6 yaraqlı öldürülüb. Əməliyyatlar qanunsuz hərbi birləşmə üzvlərinin əraziyə hücumu barədə məlumat daxil olmasından sonra baş tutub.

İnquşetiya rəsmiləri isə təhlükəsizlik qüvvələrinin Nazran şəhərində apardığı əməliyyat zamanl 2 militantın öldürüldüyünü xəbər verirlər.

XS
SM
MD
LG