Accessibility links

ABŞ və Çin strateji dialoq çərçivəsində birinci illik konfransa hazırlaşır


Çin rəsmiləri bu həftə ilk dəfə olaraq strateji və iqtisadi məsələlərlə bağlı Vaşinqtonda prezident Obama administrasiyası ilə yüksək səviyyədə danışıqlar aparacaqlar.

Birləşmiş Ştatlar rəsmiləri ümid edir ki, danışıqlar iki ölkə arasında iqtisadiyyat, ətraf mühitin qorunması və təhlükəsizlik sahələrində əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq.

Birləşmiş Ştatların rəsmiləri deyirlər ki, prezident Obama idarəsinin Çinlə ilk Strateji və İqtisadi dialoqu iki ölkənin qlobal maliyyə böhranının aradan qaldırılması istiqamətində səy göstərdiyi mühüm bir vaxt keçirilir.

İki ölkə həmçinin iqlim dəyişikliyi, ticarətvə terrorizm sahələrində birğə fəaliyyət göstərmək üçün yeni imkanlar axtarır.

Bazarertəsi və çərçənbə axşamı keçiriləcək iclaslara Dövlət katibi Hillari Klinton və maliyyə naziri Timoti Geytner həmsədrlik edəcələr.

Çin danışıqlara indiyə qədər Birləşmiş Ştatlara ən böyük tərkibdə 150-dən çox rəsmi şəxsdən ibarət böyük bir nümayəndə heyəti göndərir.

Dialoqun açılış iclasında prezident Barak Obama müraciət çıxışı edəcək.

Prezident Obama və onun Çinli həmkarı Hu Jintao aprel ayında hər il toplantının keçrilməsi haqda razılıq əldə etmişlər.

İki ölkə strateji və iqtisadi məsələlərin müzakirəsinə hələ prezident Çorç Buş dövrü başlamışdı.

Bisness nümayəndələri və sənaye təhlilçiləri bildirirlər ki, onlartoplantıda inkişafın əldə ediləcəyinə ümid bəsləyirlər.



XS
SM
MD
LG