Accessibility links

Əhmədinejad qudasına görə kəşfiyyat nazirini işdən çıxardı


İran prezidentinin ofisinin məlumatrına görə, prezident Mahmud Əhmədinejad bu gün kəşfiyyat və təhlükəsizlik naziri Qulam Hüseyn Mohsenini vəzifəsindən çıxarıb.

Bununla yanaşı mənbə daha iki nazirin də istefaya göndərildiyi barədə mediada yazılan məlumatları təkzib edib.

Xəbər agentliklərinin gümanına görə, kəşfiyyat naziri Əhmədinejadın yaxın adamını özünə müavin gətirməsini tənqid etdiyinə görə işdən götürülüb.

Mübahisələrə səbəb olmuş İsfəndiyar Rahim Məşaye iki gün əvvəl İranın dini liderinin onun təyinatına etirazından sonra istefaya göndərilib.

İran mühafizəkarları onu ötən il «İran İsrail də daxil olmaqla, dünyada bütün xalqların dostudur» deməsinə görə tənqid edirdilər.

Cənab Əhmədinejad Məşaiyini hazırda müşavir və prezident idarəsinin rəhbəri təyin edib.
Məşaye ilə Əhmədinejad arasında qohumluq əlaqələri var. Belə ki, Maşaye prezidentin qudasıdır.

XS
SM
MD
LG