Accessibility links

Şimali Koreya dialoqu istisna etmir


Şimali Koreya özünün nüvə proqramı ilə bağlı yeni dialoqa daxil olmaq istəyini ifadə edib, lakin o, altı-tərəfli danışıqlar masası arxasına oturmayacağını israr edir. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı bəyanatda xarici işlər nazirliyinin sözçüsü hazırkı situasiyanı həll edə biləcək spesifik dialoq formasının mövcud olduğunu bildirib. Lakin bəyanatda detallara varılmır. Pxenyan uzun müddət Vaşinqtonla birbaşa danışıqlara daxil olmağa səy göstərib.

Bu arada bu gün ABŞ-da Koreya Müharibəsində döyüşmüş veteranların xatirəsi anılır. Prezident Barak Obama iyulun 27-i Milli Koreya Veteranları Sülh Günü elan edib. Müharibə 1953-cü il, iyulun 27-də başa çataraq şimal və cənub tərəfləri və onların müttəfiqləri arasındakı döyüşlərə son qoydu. Koreya müharibəsində 600 min ABŞ və müttəfiq əsgəri həlak olub.

XS
SM
MD
LG