Accessibility links

ABŞ-Çin strateji dialoqu çərçivəsində konfrans işini davam etdirir


Birləşmiş Ştatlar və Çin rəsmiləri arasında Vaşinqtonda keçirilən danışıqların ikinci günü səhiyyə, yoxsulluq və enerji məsələləri müzakirə edilir.

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, ABŞ-Çin strateji dialoq çərçivəsində rəsmilər yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə birgə iş yollarını müzakirə edəcəklər. Bu məsələyə həsr edilmiş iclasda ABŞ-ın Səhiyyə naziri Katlin Sibelius və Çinin dövlət müşaviri Dai Binqquo iştirak edirlər.

ABŞ-ın Maliyyə naziri Timoti Geytner və Çinin baş nazirinin müavini Vanq Qişan iqtisadi məsələlərə həsr edilmiş daha bir iclasa qatılıblar.

Konfransın birinci günü rəsmiləri qlobal iqtisadiyyatın çox ciddi maliyyə böhranından çıxmağa başladığına işarələrin olduğunu bildiriblər.

Konfransı açan ABŞ prezidenti Barak Obama iqtisadiyyatın bərpasına kömək etmək məqsədilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə çağırıb.

XS
SM
MD
LG