İran ədliyyə nazirliyinin sözçüsü bildirir ki,
prezident seçkilərindən sonra baş verən zorakılıqlar zamanı həbs edilən tanınmış
islahatçı Səid Həcəryanı nazir Mahmud Haşemi Şahrudinin bu həftənin
əvvəllərində verdiyi sərəncama əsasən azad edəcəklər. Dünən İran
rəsmiləri iyunun 12-də Mahmud Əhmədinejad yenidən prezident seçildikdən sonra iğtişaşlar
zamanı həbs edilənlərdən 140 nəfəri azad ediblər. Milli Məclisin bir nümayəndəsi bildirib ki, 150 nəfər hələ də həbsdə qalır.
Onlara qarşı irəli sürülən itthamlar daha ciddidir. İran mətbuatı yazır ki, 20 nümayişçinin
məhkəməsi bir neçə gündən sonra başlanacaq. Onlara qarşı irəli sürülən
ittihamlar arasında qeyri qanuni silah və qumbara daşımaq da var. Prezident seçkilərindən sonra Mahmud
Əhmədinejadın yenidən prezident seçilməsinə qarşı baş qaldıran etirazları
susdurmaq məqsədilə hökumət orqanları siyasi fəalları, jurnalistləri və
başqalarını həbs ediblər.