Accessibility links

Robert Geyts İraqın öz təhlükəsizliyini təmin edə biləcəyini deyib


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts deyib ki, ABŞ hərbi qüvvələrini İraqdan çıxarma tempini sürətləndirə bilər. Cənab Geyts bu açıqlamanı ölkəyə iki günlük səfərindən sonra verib. Cənab Geyts İraqın öz təhlükəsizliyini təmin edə biləcəyini deyib. ABŞ qüvvələri İraq şəhərlərindən keçən ay çıxarılmış, yerdə qalanlarının isə 2011-ci ilin sonuna qədər çıxarılması nəzərdə tutulur.

Bu gün səfərinin son günü cənab Geyts İrbil şəhərində İraqın Kürdüstan muxtar regionunun prezidenti Məsud Bərzani ilə görüşmüş və etnik kürdlərlə çoxluq təşkil edən ərəblər arasındakı narazılıqları müzakirə etmişdir. Dünən isə cənab Geyts İraqdakı Amerika qüvvələrinin gələcəyini müzakirə etmək üçün Bağdadda İraqın baş naziri Nuri Əl-Maliki və ölkənin müdafiə naziri Əbdəl Qadir Məhəmməd Cassemlə görüşmüşdü.

XS
SM
MD
LG