Accessibility links

Çinlə ABŞ arasında iki günlük danışıqlar sona çatıb


Vaşinqtonda keçirilən iki günlük danışıqların sonunda Çin və ABŞ ticarət və iqlim dəyişikliyi məsələlərində bir işləyəcəklərinə söz veriblər. Birləşmiş Ştatlar dövlət katibi Hillari Klinton deyib ki, iki dövlətin nümayəndə heyəti bir çox sahələrdə əməkdaşlığı müzakirə edib. O deyib ki, Vaşinqton və Pekin Şimali Koreya və İranın nüvə silahı əldə etmək səylərinə dair ortaq narahatlıqları bölüşür. Dövlət katibinin sözlərinə görə, hər iki ölkə İranın Yaxın Şərq regionunda nüvə silahı yarışı başlada bilməsindən çəkinir. ABŞ maliyyə naziri Timati Qaytner isə nümayəndə heyətləri arasında qlobal iqtisadiyyatın bərpasına nail olmaq üçün birgə işləməyə dair razılıq əldə olunduğunu deyib. O, bir daha Çini əmin edib ki, ABŞ Çinin Birləşmiş Ştatlardakı böyük yatırımlarını qorumaq və dolların dəyərinin ölməməsi səbəbilə artan maliyyə defisitinə nəzarət etmək üçün ölçülər götürəcək.
XS
SM
MD
LG