Accessibility links

Prezident Obama irqi zəmində qalmaqalın iki iştirakçısını Ağ Evdə qəbul edir


Prezident Obama Birləşmiş Ştatlarda irqi zəmində qalmaqal yaratmış işin iki iştikraçısını Ağ Evə onunla pivə içməyə dəvət edib.

Cənab Obamanın qonaqları Harvard universtitetinin tanınmış afro-amerikalı professoru Henri Lüis Geyts və Massaçusets ştatının Kembric şəhərinin polis idarəsinin serjantı Ceyms Kroulidir.

Geyts iyul ayının 16-da öz evinin qapısını açmağa çalışarkən həsb edilmişdi.Polisin bildirdiyinə görə, Krouli professorun onunla kobud danışmasından sonra onu həbs etmişdi.Qanuna tabe olmamaq ittihamı ilə həbs edilən Geyts sonradan azad edilmiş və ona qarşı ittiham sonradan əsassız elan edilmişdir.

Prezident Obama iyul ayının 22-də mətbuat konfransı zamanı polisin özünü düzgün aparmadığını demişdir.Məsələ ilə bağlı mübahisələrin artmasından sonra isə prezident Obama bildirmişdi ki, o daha ehtiyatlı ifadələr seçməliydi.

XS
SM
MD
LG