Şahidlərin dediyinə görə İran polisi islahatçı lider Mir Hüseyn Musəvinin prezident seçkilərinə etiraz aksiyaları zamanı qətlə yetirilənlərin xatirəsini anmaq üçün yüzlərlə insanın toplaşdığı Tehranın Beheşti-Zəhra qəbristanlığına getməsinə mane olmağa çalışıb. Polis qəbristanlığı mühasirəyə alaraq maşından çıxmağa cəhd göstərən cənab Musəvini qaytarmağa çalışmış, lakin cənab Musəvinin tərəfdarları onun ətrafına toplaşaraq, hay-küy qaldırmışlar. Xəbər verilir ki, mərasim zamanı polis tərəfindən bir neçə nəfər həbs edilib.
Nümayişlər zamanı qətlə yetirilən Neda Ağa Soltanın anası da qızının ölümünün 40-cı gününü anmaq üçün qəbristanlığa gəlib. Prezident seçkilərinə etiraz aksiyaları zamanı qətlə yetirilən Neda Ağa Soltan islahat yönümlü nümayışlərin simvoluna çevrildi.