Accessibility links

Çin Sincan iğtişaşlarının təşkilində şübhəli bilinənlərin adını açıqlayıb


Çin rəsmiləri bu ay Sincan vilayətində baş qaldırmış etnik qarşıdurmaların təşkilində şübhəli bilinən 15 nəfərin adlarını açıqlayıb və şəkillərini yayımlayıb. Bu gün dövlət telekanalı ilə yayımlanan elanda deyilib ki, yerli təhlükəsizlik rəsmiləri 15 nəfəri təslim olmağa çağırır. Rəsmilərin sözlərinə görə, özləri təslim olanların cəzaları yüngülləşdiriləcək, təslim olmayanlar isə daha ağır cəzalarla üzləşəcəklər. Bu gün habelə iyulun 5-də Sincan Uyğur Muxtar Regionunun paytaxtı Urumçidə hanlarla uyğurlar arasında baş vermiş iğtişaşlarla bağlı həbs edilmiş digər 40 nəfərin adı açıqlanıb.
XS
SM
MD
LG