Accessibility links

Hondurasda devrilmiş prezident tərəfdarlarının nümayişi dağıdılıb


Hondurasda polislə devrilmiş prezident Manuel Zelayanın tərəfdarları arasında baş verən toqquşma nəticəsində bir neçə adam yaralanıb, azı 88 nəfər isə həbs olunub. Polis bir nümayişçinin başından güllə yarası aldığını bildirir. İyunun 28-də prezidenti devriləndən bəri Hondurasda parçalanma baş verib. Honduras həbrçiləri cənab Zelayanı öz hakimiyyətini uzatmaq məqsədilə konstitutsiyada qeyri-qanuni dəyişikliklər etməkdə günahlandırır. Onun Hondurasa qayıtmaq cəhdləri uğursuz olub. Siyasi böhranda vasitəçilik edən müvəqqəti prezident Roberto Mişeletti qarşıdurmanı sona çatdırmaq üçün danışıqların davam etməsində maraqlı olduğunu izhar edib.
XS
SM
MD
LG