Accessibility links

Nigeriyada islamçı liderin ölümü narahatlıq yaradıb



Beynəlxalq insan haqları qrupu dünən Nigeriyada radikal islamçı yaraqlı qrupunun liderinin həbs olunduqdan bir neçə saat sonra qətlə yetirilməsi barədə istintaq aparılmasını istəyir.

Nigeriyanın şimalındakı Maiduqari şəhərinin rəsmiləri deyiblər ki, Boko Hərəm qrupunun lideri Məhəmməd Yusuf dünən saxlanılıb.

Regional polis rəsmiləri deyirlər ki, o, qaçmağa çalışarkən güllələnib. Digər məlumatlara görə isə, cənab Yusif həbsxanada öldürülüb.

Nyu Yorkda yerləşən İnsan haqları qrupu Human Rights Watch qətlin hədsiz narahatlıq yaratdığını deyib.

Yusufun rəhbərlik etdiyi qrup ölkənin şimalında yüzlərlə insanın ölümü ilə nəticələnən zorakılıqda ittiham olunur.

XS
SM
MD
LG