Accessibility links

Keçmiş prezident Buş Şimali Koreyaya qarşı birgə fəaliyyətə çağırır


Birləşmiş Ştatların keçmiş prezidenti Corc Buş Şimali Koreya ilə bağlı nüvə danışıqlarında iştirak edən beş ölkəni Pxenyana nüvə silahı proqramını dayandırması haqda aydın mesaj göndərməyə çağırıb.

Cənab Buş Cənubi Koreyanın Ceyu adasında iqtisadi forumda çıxış edib.O deyib ki, Birləşmiş Ştatlar, Cənubi Koreya, Yaponiya və Rusiya BMT qətnamələrini yerinə yetirməsəŞimali Koreyanın bunun nəticələri ilə qarşılaşacağanı ona aydın bildirməlidir.

ABŞ-ın keçmiş prezidenti bununla yanaşı, nüvə tərksilahı prosesinin şəffaf olub yoxlanıla bilməsinin vacibliyini vurğulayıb.

Keçən ilin dekabr ayında Çində keçirilən altıtərəfli danışıqlar tərksilah prosesinin necə yoxlanması məsələsinə görə çıxılmaz vəziyyətə düşmüşdü.

XS
SM
MD
LG