Accessibility links

Yaponiyada jüri məhkəməsi işə başlayır


İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq bu gün Yaponiyada jüri məhkəməsi işə başlayıb. Son ədliyyə islahatlarının məqsədi məhkəmə sistemində şəffaflığı genişləndirmək və onu insanlara yaxın etməkdir. Altı vətəndaşdan ibarət münsiflər heyəti 3 hakimlə birgə işləyərək mayda qadın qonşusunu bıçaqlamış 72 yaşlı Katuyoşi Fuciinin məsələsinə baxırlar. Jüri üzvləri seçicilər arasından təsadüflə seçilib. Onlar həm cinayətin törədildiyini həm də cəzanı müəyyən edəcəklər. Qərarın ədalətliliyini təmin etmək üçün 3 hakimdən ən azı biri jüri üzvləri arasında çoxluğun qərarı ilə razılaşmalıdır.
XS
SM
MD
LG