Accessibility links

Mətbuat İcmalı: İranda günün son hadisələri


"Reuters"

"Reuters" xəbər agentliyi yazır ki, İranın ali dini lideri Ayətulla Əli Xamaneyinin Mahmud Əhmədinejadın prezidentliyini təstiq etdiyi bugünkü mərasimə Mir Hüseyn Musəvini dəstəkləyən iki sabiq prezident Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi qatılmayıb. Reuters yazır ki Xameneyinin dəstəyi olmadan Əhmədinjad kabinet seçimdə problemlər yaşa bilərdi, çünki səsvetmədən sonra bəzi qanunvericilər Əhmədinejadın qərarlarından narazı idilər.

"Los Angeles Tayms"

"Los Angeles Tayms" qəzetinin yazdığına görə, Əhmədinejadın prezidentliyini təstiq üçün keçirilən mərasimdə çəkilən şəkillər mərasimdə bir neçə yüz nəfərin və xarici diplomatların olduğunu da göstərir. "İranın bəzi rəsmilərinin boykot etdiyi bu mərasimi dövlət telekanalı canlı yayımlamayıb"-deyə Los Anceles Tayms yazır.

"Associated Press"

"Associated Press" isə "Əhmədinejad İran prezidenti kimi əsas dəstəyi aldı" başlıqlı xəbərində bildirir ki, Xamaneyinin təkrar dəstəyinə baxmayaraq, onun elan olunmuş qələbəsinə dair narazılıqlar İran hakimiyyəti daxilində yüksək vəzifəlilərədək çatıb və həm Xamaneyinin, həm də bütün teokratiyanın presedenti olmayan tənqidinə yol açıb.

"Vaşinqton Post"

"Vaşinqton Post"da dərc olunmuş yazıda isə Əhmədinejadin ikinci dönəm üçün prezidentliyinin təstiq olunması mərasiminə seçkilərdə rəqibi olmuş Mir Hüseyn Musəvinin də qatılmadığı bildirilir. Qəzet yazır ki, bu günkü mərasim prezidentin and içmə prosesinin dini hissəsi hesab olunur. O çərşənbə günü İran parlamenti qarşısında and içərək vəzifəsinə başlayacaq.

"Vaşinqton Post" habelə yazır ki, bu gün İran dövlət telekanalı cümə günü İranda həbs edilən 3 turisti CİA agenti olmaqda ittiham edən xəbər bülleteni yayımlayıb. İran rəsmiləri isə hələlik İraqın şimalında dağ gəzintisinə çıxmış və təsadüfən İran sərhədini keçərək ölkədə həbs edilən 3 amerikalının həbsi ilə bağlı heç bir açıqlama verməyib.

CNN

CNN bildirir ki, Turistlər İraqda 4 nəfər olsa da, onlardan 3-ü işarələnməmiş sərhədi təsadüfən keçib. İraqda qalan turist isə Vaşinqton Unviersitetinin tələbəsi Şon Çekfessel olub. CNN-nin məlumatına görə, İsveçrə səfirliyi nəzarət altına alınan turistlərlə görüşməyə çalışır. Bu gün CNN-in veb səhifəsində dərc olunan məqalədə İranla bağlı digər məsələyə də toxunulur. "Musəvi və Xatəmi İran məhkəmələrini tənqid atəşinə tutur" adlı yazı da Xatəminin seçkilərdən sonrakı etiraz nümayişləri zamanı həbs olunanların işinə baxan məhkəmələri İran və İslama təhqir kimi qiymətləndirdiyi bildirilir. "Belə hərəkətlər sistemə zərər vurur və ictimai inamı azaldır" deyə İranın sabiq prezidenti bildirir. Mir Hüseyn Musəvi də seçki sonrası etiraz aksiyalarından sonra məhkəmələrin həbs olunanlara qarşı ədalətsizliyinə dair tənqidlərini dilə gətirib.

"Teleqraf"

Britaniyanın Teleqraf qəzeti də bugünkü nömrəsinə hadisəyə yer ayırıb. Teleqraf yazır ki, Press TV-də yayımlanan xəbərə görə, sabiq prezident Haşimi Rəfsəncani də məhkəmələri xəyanətdə ittiham edib. "İranda hazırda da güclü fiqur olan Rəfsəncani ölkədə iki quruma rəhbərlik edir. Və o, ittihamlara etiraz edir. Onun ofisi məhkəmələrin ağ yalan söylədiyini əks etdirən bəyanat açıqlayıb"-deyə Teleqraf qəzetində yazılıb.

"Nyu-York Tayms" qəzeti isə digər məsələyə diqqəti yönəldir. Qəzetin yazdığına görə, əgər İran nüvə proqramı ilə bağlı ABŞ prezidenti Barak Obamanın təklif etdiyi danışıqlara qatılmaqdan imtina etsə, Tehrana qarşı ciddi sanksiyalar tətbiq edə bilər. "hazırda Obama administrasiyası, müttəfiqləri və konqreslə belə bir addımın mümkünlüyünü müzakirə edir. Bu sanksiyalar ölkənin benzin və başqa emal olunmuş yanacaq məhsullarını idxalını dayandırmaqdan ibarət ola bilər." – "Nyu-York Tayms" yazır. Xam neft ixrac edən İran, kifayəti qədər neftayırma zavodu olmadığına görə benzini xarici ölkələrdən idxal edir. Yazıda deyilir ki, İsrail rəsmilərinin bildirdiklərinə görə keçən həftə İsrailə səfəri zamanı cənab Obamanın milli təhlükəsizlik müşaviri Ceyms Cons vurğulayıb ki, Obamanın İranın istehlak elədiyi benzinin 40 faizini təmin edən dünya şirkətlərinə qarşı ölçülər götürməsinə səlahiyyət verəcək qanun layihəsini ABŞ-ın 70-dən çox senatoru imzalayıb.

ABŞ rəsmiləri isə deyirlər ki, Cənab Consun məqsədi İsrailin İranın nüvə qurğularını vuracağı barədə xəbərdarlıqları dayandırması üçün Administrasiyanın səylərinin bir hissəsidir. Dövlər Katibi Hilları Klinton İrana qarşı olduqca təsirli sanqsiyaların tətbiqi üçün vaxda ehtiyac olduğunu deyib. Nyu- York Tayms yazır ki, irana benzin satılmasına embargonu nəzərdə tutan çox təsirli sanksiyaların həyata keçirilməsi başqa ölkələrlə bir yerdə Rusiya və Çinin əməkdaşlığından asılıdır ki, bütün bu ölkələrin İranla geniş ticarət əlaqələri var.

Qəzet yazır ki, İran güclü sanqsiyalara qarşı neft ixracatını dayandırmaq və Hörmüz boğazını gəmilərin hərəkətinə bağlamaqda hədələyir ki, bunun hazırkı anda dünya ticarəti üçün ağır nəticələri ola bilər.

-->
XS
SM
MD
LG