Accessibility links

ABŞ Konqresinin nümayəndə heyəti İsraildə səfərdədir


Birləşmiş Ştatlar Konqresinin 26 üzvündən ibarət nümayəndə heyəti İsrail liderlərilə danışıqlar aparmaq üçün bu ölkədədir. İsrailin Xarici İşlər Nazirliyindən bildirilir ki, Konqresin respublikaçı üzvləri İsraillə Suriya arasında sülh danışıqlarını xarici işlər naziri Aviqdor Libermanla müzakirə ediblər. Liberman deyib ki, İsrail qeyd-şərtsiz Suriya ilə danışıqlara hazırdır. Onun bildirdiyinə görə, Suriya ilə sülh razılığı İsraillə İordaniya arasında sülh modelinə əsaslanmalıdır və əlavə edib ki, İsrail Qolan Yüksəkliklərinin nəzarətini əldə saxlamalıdır.

Nümayəndələr Palatasının nümayəndə heyətinə ABŞ Konqresində azlıqdakı respublikaçıların lideri, yeganə yəhudi respublikaçı olan Erik Kantor başçılıq edir.

XS
SM
MD
LG