Accessibility links

Barak Obama ilə Dmitri Medvedev Gürcüstanı müzakirə ediblər


Ağ Evin bildirdiyinə görə, ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Dmitri Medvedev telefon söhbətində Gürcüstanda gərginliyin aradan qaldırılması zərurətini müzakirə ediblər.

Rəsmilər deyir ki, cənab Medvedev prezident Obamanın 48 yaşının tamam olması münasibətilə amerikalı həmkarına zəng edib.

Ancaq telefon söhbətində diqqət əsasən Rusiyanın hələ də özünün çevik qüvvələrini saxladığı Gürcüstanın separatçı Cənubi Osetiya respublikası ətrafındakı vəziyyətə yönəlib. Cənab Obama regionda beynəlxalq monitorların önəmindən bəhs edib.

Dünən habelə ABŞ-ın vitse-prezidenti Co Bayden Gürcüstan prezidenti Mixail Saakaşviliyə zəng edərək, regionda sabitliyə xələl gətirə biləcək həra hansı fəaliyyətdən çəkinməyin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG