İran prezidenti Mahmud Əhmədinejad yeni nazirlər
kabinetini formalaşdırmaq üzərində işləyir. Qanunvericilər deyir ki, bu,
avqustun 19-da açıqlana bilər. Prezidentin ikinci müddətə andiçmə mərasimi
dünən keçirilmişdi. Müxalifət isə Əhmədnejadın yenidən seçilməsi əleyhinə
etirazlarını davam etdirib. İranın müxalif qrupları deyir ki, 12 iyun seçkiləri
saxtalaşdırılıb, hökumət isə səsvermənin ədalətli olduğunu bildirib.
Seçkisonrası zorakılıqlar zamanı 30 nəfər ölüb, yüzlərlə insanın həbs edilib.
İran mətbuatının məlumatına görə, məhkəməsi bugünə təyin olunan həbs
edilənlərin işi yenidən təxirə salınıb. 100-ə yaxın islahatçı fəal və siyasi
fiqurun məhkəməsi şənbə günü bərpa olunacaq.