Accessibility links

Sergey Lavrov: Müharibə  Saakaşvilinin “bağışlanmaz sərgüzəşti”  səbəbinə görə baş verdi


Lavrov Gürcüstan və Rusiyanın Cənubi Osetiya ərazisilə bağlı apardıqları müharibənin ildönümü ərəfəsində Vesti-24 kanalına müsahibə verib və Saakaşvilini gərginliyi artırmaqda ittiham edib. Bu arada Ağ ev bildirir ki, Prezident Dmitri Medvedev ABŞ prezidenti Barak Obamaya 48 yaşının tamam olması münasibətilə zəng edən vaxt iki lider Gürcüstanda gərginliyin azaldılması barədə müzakirə aparmışlar.

Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə hazırlanmış plana uyğun olaraq Avropa Birliyinin göndərmiş olduğu 240 silahsız müşahidəçisi atəşkəsin monitoringini aparır.

Keçən ay Gürcüstan ABŞ-dan bu missiyaya qatılmağı xahiş edib. Lavrov deyib ki, Avropa Birliyinin monitoring aparması stabilləşdirmə üçün çox vacibdir və Rusiya bunu dəstəkləyir.Amma o, Gürcüstan prezidentinin ABŞ müşahidəçilərinin də monitoringdə iştirak etməsi xahişinə münasibət bildirərək deyib ki, bu Gürcüstanın “Amerikanı Gürcüstana sürükləmək və Rusiya hərbi qüvvələri ilə onları qarşı qarşıya gətirmək planının bir hissəsidir.” Onun sözlərinə görə bundan sonra Sakaşvilinin provokasiya ustaları , adəti üzrə öz işlərini görəcəklər.

Lavrov həmçinin deyib ki, NATO üzvü ölkələr, keçən yay baş verən konflikt zamanı Gürcüstanın tərəfini saxlamışlar ki, o bunu Soyuq Müharibə senariləri əsasında davranış adlandırıb.

Rusiya xarici işlər naziri müharibənin cənab Saakaşvilinin “bağışlanmaz sərgüzəşti” səbəbinə görə baş verdiyini, nəticədə yüzlərlə insanın həlak olduğunu qeyd edib və deyib ki, bu həmçinin gürcü xalqının da faciəsi oldu. Lavrov onu da bildirdi ki, bu məsələ ABŞ da daxil olmaqla Qərb ölkələrilə münasibətlərə əngəl törətməyib.Və bu məsələ bu yaxınlarda Barak Obamanın Moskvaya səfəri zamanı əldə edilən razılaşmaya mane olmadı.

Bununla belə, Rusiya xarici işlər naziri ABŞ-ın vitse-prezidenti Co Baydenə tənqidi münasibətini bildirdi. Ötən ayın sonlarında cənab Bayden Wall Street Journal qəzetinə verdiyi müsahibəsində deyib ki, Rusiya iqtisadiyyatı tənəzzüldədir və bu Moskvanı milli təhlükəsizlik problemləri sahəsində Qərbə güzəşdə getməyə məcbur edəcək. Lavrov deyir ki, cənab Baydenin Wall Street Journala verdiyi müsahibə bizi keçmişə apama səyidir və sanki eks prezident Corc Buşun Administrasiyasının rəsmilərinin çıxışlarını xatırladır.

Gürcüstan prezidenti isə öz növbəsində Fransa 24 kanalına verdiyi müsahibəsində deyib ki, Moskvanın Sakaşvili hökumətini hakimiyyətdən kənarlaşdırmaq missiyası dəyişməyib.Bu yaxınlarda isə Vitse-prezident Co Bayden Gürcüstan prezidentinə zəng edərək, regionda sabitliyin daha da pozulmasına gətirib çıxardacaq hərəkətlərdən imtina etmənin əhəmmiyyətini vurğulayıb. Çərşənbə axşamı Rusiya bildirdi ki, 2008-də olan müharibənin ildönümüylə bağlı Gürcüstan tərəfinin provokasiya edə biləcəyini nəzərə alaraq o,Cənubi Osetiyadakı qoşunlarını hazır vəziyyətə gətirib.

Qərbin Cənubi Osetiya və Abxaziyadakı qoşunlarını geri çəkməsi çağırışlarına baxmayaraq Rusiya bu ərazilərə yerləşdirdiyi 7000 nəfərlik hərbi birləşmələrini müddətsiz olaraq buralarda saxlamaq niyyətindədir.

XS
SM
MD
LG