Accessibility links

Rusiya - Gürcüstan münaqişəsinin səbəbləri barədə ekspert rəyləri 


Təhlilçilərin əksəriyyəti müharibənin Tbilisinin Cənubi Osetiyanın paytaxtı Txinvalinin nəzarətini ələ almaq üçün oraya qüvvə göndərməsindən qaynaqlandığını düşünür.Çikaqo Universitetinin Gürcüstan üzrə eksperti Ronald Sani prezident Mixail Saakaşvilinin bu qərarının böyük bir səhv olduğunu deyir: “Hadisələrin xronologiyasına nəzər salan təhlilçilər Saakaşvilinin onsuz da gərgin olan münasibətləri şəhəri bombalamaqla daha da dərinləşdirdiyini görür. Bunu ruslar Çeçenistanın paytaxtı Qroznıda da etmişlər.”

Londonda yerləşən beynəlxalq strateji araşdırmalar mərkəzinin Qafqaz üzrə eksperti Oksana Antonenko rusların təhrikçiliyi ilə olsa belə Saakaşvilinin qərarının mübahisələrin əsasını təşkil etdiyini deyir: “Bunun provokasiya olduğu ilə razılaşsaq belə, bu, yanlış bir addım idi.Cənubi Osetiyada mülki vətəndaşlara qarşı qüvvədən istifadə edilməsi beynəlxalq ictimaiyyət tərəfində də səhv hərəkət kimi qiymətləndirilir.”
Saakaşvilinin hücum qərarı dərhal Moskvanın cavabı ilə üzləşdi. Regionda qüvvələri olan Rusiya oraya əlavə əsgəri qüvvə, tank və zirehli maşınlar göndərdi. Moskvanın cavabı da düzgün addım kimi qiymtələndirilmir. Harvard Universitetinin əməkdaşı Marşal Goldman da belə hesab edir: “Rusiya böyük bir ölkədir, Gürcüstan isə kiçik. Gürcüstan ordusu da Rusiya ordusu kimi nəhəng deyil. Rusların hücumu mütənasib deyildi. Onlar öz davranışlarına səhv kimi baxmırlar."

Gürcüstan ordusunu əlbəttə Rusiya ordusu ilə yanaşı qoymaq olmaz. Gürcüstanın məğlubiyyətinə cəmi beşcə gün yetərli oldu. Avqust ayının 12-də tərəflər atəşkəs əldə etdi. Təhliçilərin əksəriyyəti bu qarşıdurmanın qaçılmaz olduğunu düşünür. Belə ki, Moskva qərbyönümlü Saakaşvilini cəzalandırmaq istəyirdi. Gərginliyin digər mənbəyi Abxaziya və Cənubi Osetiya idi. Bu regionların müstəqilliyini tanıyan Rusiya onlarla sıx iqtisadi, ticari və siyasi əlaqələrə malikdir.

ABŞ-ın vitse-prezidenti Co Bayden bu yaxınlarda Tbilisiyə səfəri zamanı Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana qaytarılması üçün hərbi variantın istisna edilməli olduğunu demişdi. Ekspertlər bununla razılaşsa da, Saakaşvilinin bu regionları Gürcüstanın tərkibində saxlayacağı vədinə hansı yolla əməl edəcəyini bilmirlər.

XS
SM
MD
LG