Accessibility links

Tonqa sahillərində batan gəmidən itkin düşən insanların həlak olduğu təxmin edilir


Sakin okeanı adası Tonqa sahillərində batan gəmidən itkin düşən 60-dan artıq insanın həlak olduğu təxmin edilir.Tonqanın polis idarəsi Princess Ashika gəmisində 117 nəfər sərnişin və gəmi heyətinin olduğunu bildirib. Bu insanların 62-nin öldüyü təxmin edilir. İki nəfərin həyatını itirdiyi təsdiqlənib, 53 nəfər isə xilas edilib.

Taleyi bəlli olmayan insanların əksəriyyətinin gəmi kayutlarında yatan qadın və uşaqlar olduğu bildirilir. Gəminin batmasının səbəbi hələ aydın deyil.


XS
SM
MD
LG