Accessibility links

Ramazan bayramı ərzində iranlılar Səudiyyə Ərəbistanına gedə bilməyəcək


İran rəsmiləri deyir ki, müqəddəs Ramazan bayramı ərzində İrandan Səudiyyə Ərəbistanına bütün təyyarə reysləri ləğv olunacaq. Bu addim donuz qripi kimi tanınan H1N1 virusunun yayılmasını azaltmaq məqsədi daşıyır. İranın açıqlamasına görə, İrandan Səudiyyə Ərəbistanına uçan sonuncu təyyarə bazar ertəsi havaya qalxacaq. Rəsmilər habelə bildirib ki, hazırda Səudiyyədə olan iranlı zəvvarlar Ramazan ayı başlamamış geri qayıdacaqlar. Ramazanın başlamasına iki həftədən az vaxt qalıb. Keçən həftə İran donuz qripu səbəbilə öz vətəndaşlarının Ramazan ayı ərzində Səudiyyə Ərəbistanına ziyarət etməsinə qadağa qoymuşdu. İran hökuməti deyir ki, hazırda ölkədə donuz qripinə yoluxmuş 144 nəfər var və onların yarısı Səudiyyə Ərəbistanına səfər edəndən sonra xəstələnib.
XS
SM
MD
LG