Accessibility links

Amerikalı politoloq Dağlıq Qarabağ münaqişəsinin tezliklə çözülməsini zəruri hesab edir


Amerikalı politoloq Brenda Şeyfer hesab edir ki, uzun müddət Cənubi Qafqaz böyük qüdrətlərin siyasi rəqabətinin sınaq meydanına çevrilib. Bu baxımdan Azərbaycan rəhbərliyi balanslı siyasət yürütməklə ölkənin müstəqilliyini qoruyub saxlamağa çalışır. Hayfa Universitetində professor və Azərbaycan Diplomatik Akademiyasında səfərdə olan mühazirəçi olan Brenda Şeyfer Azərbaycan tarixinə və mədəniyyətinə yaxından bələddir. Amerikada olduğu müddətdə Cənbubi Qafqazın geo-siyasi durumu haqda bir neçə elmi əsərlər yazmış Şeyfer regiondakı konfliktlərin davam etməsindən məyusluq hissini izhar edir. Onun sözlərinə görə sadə insanlara qalsaydı bu münaqişə bəlkə də müharibə səviyyəsinə yüksəlməzdi, lakin regiondakı bir sıra dövlətlər ələlxüsus Rusiya Cənubi Qafqaz nbəzarəti əldə saxlamaq üçün Azərbaycan və Erməni tərəflərini qarşı qarşıya qoymaqda davam edirlər.

“Həll yolunun açarı yəqin ki, Rusiyadadır və bu münaqişə Rusiya bunu istədiyi təqdirdə onda həll olunacaq. Bu elə bir ölkədir ki, tərəfləri sülh müqaviləsi bağlamağa vadar edə bilər. Yalnız onlar Ermənistana tələb olunan güzəştlərə getmək yönümündə təzyiq göstərə bilər. Hələlik mən Rusiyanın münaqişəni sona çatdırmaq marağını görmürəm.”

Azərbaycanda olduğu müddətdə Brenda Şeyfer məcburi köçkünlərin situasiyası ilə yaxından tanış olub. Qaçqın düşərgələrindəki təəssüratlarını bölüşən Şeyfer hesab edir ki, uzun müddət Azərbaycanda belə bir hiss olub ki, səs-küy salınmadan beynəlxalq ictimaiyyət Azərbaycanın harayına gələcək. Dünyanın başqa yerlərində insanlara terrora və zorakılqılara əl atdıqları halda azərbaycanlılar böyük təmkin nümayiş etdiriblər. Öz növbəsində azərbaycanlıların münaqişəyə təmkinli yanaşması beynəlxalq ictimaiyyətin bu konflikti prioritetə çevriməməsinə əsas yaradıb.

“Biz bu münaqişələri məhz onda həll etməliyik ki, aktiv zorakılılar cərəyan etməmiş olsun. Konfliktlər isti olmayanda onları həll etmək asan olur. Təəssüf ki, beynəlxalq sistem bunun əksinə işləyir.”

Şeyferin sözlərinə görə yanlış olaraq Qərbdə belə bir təsəvvür yaranıb ki, İslam dünyası deyilən bir toplum var və müsəlman xalqarı ilə yaxşı münasibətlərin inkişafı mütəmadi qaydada islama ehtiram göstərməkdən və bu haqda danışmaqdan keçir. Halbuki, onu sözlərinə görə bütün başqa dövlətlər kimi müsəlman dövlətləri də öz siyasi maraqlarından çıxış edir. Buna misal oaraq o, şiə dövlətləri oaln Azərbaycanla İran arasındakı qarşıdurmanı misal gətirir.

“İranlılar şiədirlər və guya ki, dünya şiələrinin qoruyucusudurlar. Lakin regionda onların ən problematik münasibətləri məhz Azərbaycanladır.”

Şeyferin sözlərinə görə Azərbaycanən Qəbrdən coğrafi uzaqlğını onun bu regiona inteqrasiyasına maneçlik törədir. Bununla belə ölkənin siyasi və intellektual elitası son dərəcə Qərbə meyllidir.

Azərbaycan ərazi baxımdan qapalı bir zonada yerləşir. Azərbaycan üçün qonşuluğöu unudaraq NATO ya daxil omaq asan deyil. Və Gürcüstanın ötən ilki nümunəsi göstərir ki, onlar müxtəlif qüdrətləri qulaqardına vura bilməzlər, ələxüsus da nəzərə alanda ki, Amerika bu regionu qorumaq üçün kifayət qədər qüvvə nümayiş etdirməyə hazır deyil.”

Bu baxımdan, Şeyferin sözlərinə görə Azərbaycan hazırda balanslı xarici siyasət aparır və dərk edir ki, ətrafdakı qüdrətlərlə əməkdaşlıq təhlükəsizlik siyasətinin başlıca qayəsi olmalıdır.

XS
SM
MD
LG