Accessibility links

Şirin İbadi İran hökumətini həbs edilən fəallar və adi vətəndaşları azad etməyə çağırıb


Nobel Sülh mükafatı laureatı Şirin İbadi İran hökumətini seşkidən sonra iğtişaşlarda iştirak etməkdə ittiham olunmuş fəallar və vətəndaşları azad etməyə çağırıb.

Seulda danışan İbadi deyib ki, polis həsb edilənlərə ölənə qədər işgəncə verir və bildirib ki, bir həbsxanada işgəncəyə hökumət tərəfindən razılıq verilib. Şirin İbadi deyib ki, o, hökuməti dinc nümayişə çıxdığı halda belə insanları həbs edib onlara işgəncə verdiyinə görə tənqid edir. “Onlar azadlığa buraxılmalıdır”-deyə o bildirib.

İnsan haqları müdafiəçisi bu şərhləri Tehranda fəalların məhkəmə prosesinin ikinci mərhələsi başlayandan sonra verib. Vəkil, insan hüquqları və demokratiya uğrunda mübariz olan Şirin İbadi İranda qadın və uşaqların hüquqlarının müdafiəsinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Şirin İbadi Seulda yerləşən Asiya Jurnalistlər Assosiasiyasının dəvəti ilə Cənubi Koreyaya dəvə etdilib. Burada Şirin İbadiyə “Manhae” slüh mükafatı təqdim ediləcək.

XS
SM
MD
LG