Abxaziyaya etdiyi qəfil səfərində Rusiya baş naziri Vladimir Putin Moskvanın dəstəklədiyi separatçı regionun müdafiəsini gücləndirmək üçün yarım milyard dollar ayıracağına söz verdi. Washington Post qəzetinin yazdığına görə son günlər Gürcüstanın separatçə bölgələrlə sərhədində gərginliklər artmaqdadır. Abxaz müxbirləri ilə müsahibəsində ötən ilin müharibəsinin təkrar oluna biləcəyi haqda sualı cavablandıran Putin deyib: “Gürcüstanın indiki rəhbərliyi ilə heç nəyi istisna etmək olmaz.”
Suxumiyə vertolyotda gələn Putin bildirib ki, Rusiya 2010-cu ildə Abxaziyanın müdafiə imkanlarının gücləndirmək üçün 15-16 milyard rubl ayırmağı nəzərdən keçirir. “Biz müasir sərhəd müdafiəsi inşa etmək üçün əlaqədar abxaz strukturları ilə iş aparacağıq,” deyə o, bildirib. Onun sözlərinə görə bu, Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə təminat xarakteri daşıyır.
Nikaraquanı çıxmaq şərtilə dünyanın yerdə qalan hissəsi separatçı regionları Gürcüstanın tərkib hissəsi kimi tanıyır. Putinin istirahət etdiyi Qara Dəniz limanı Soçidən Abxaziyaya gəlişi Rusiyanın regionda genişlənən mövcudiyyətinə işarədir. Washington Post müxbirinin yazdığına görə Suxumi küçələrində arabir Rusiya ilə Abxaziyanın dostluğuu tərənnüm edən şüarlara rast gəlinir. Putin Abxaziyada olduğu müddətdə 1992-93 müharibəsi zamanı həlak olanların dəfn edildiyi məzarlığı ziyarət etməyi və doğum evinə getməyi planlaşdırır.
Bu arada Rusiyanın cənub bölgələrində siyasi motivli qətl hallarının sayı artmaqda davam edir. New York Times-da nəşr edilən reportajda Çeçenistanda “Nəsli Xilas Edək” adlı yardım qrupunun rəhbəri Zarema Sadulayeva və əri Alik Cəbrayılovun oğrulanaraq öldürülməsindən bəhs edilir. Memorial insan hüquqları qrupunun rəsmisi deyir ki, Zarema Sadullayeva və ərinin cəsədləri çərşənbə axşamı Çeçenistan paytaxtı Qroznı yaxınlığında tapılıb. Sadullayeva müharibənin viran qoyduğu Çeçenistanda dağıntılardan ziyan çəkən uşaqlara köməklik edirdi.
Son qətllər Kremlin təyinatı ilə Çeçenistanı idarə edən Ramzan Kadırova beybəlxalq diqqəti bir qədər də artırıb. İnsanların mütəmadi olaraq oğurlanaraq qətlə yetirildiyi Çeçenistanda Kadırov qəddarlığı və özbaşınalığı ilə ad çıxarıb. Lakin Qroznıda çıxış edən çeçen lideri bu qətl aktını pisləyib. Onu sözlərinə görə bu aktın qurbanları həyatlarını imkansız adamlara kömək etməyə həsr etmiş insanlar olub. Kadırov qətli Çeçen cəmiyyətini intimidasiya etməyə yönəldiyini bildirib. Kadırov hazırda beynəlxalq ictimaiyyət və insan hüquqları müdafiəçilərinin tənqidləri ilə üzləşir. Bu yaxınlarda Azadlıq radiosuna verdiyi müsahibədə Çeçenistan prezidenti insan hüquqları fəalı Natlaya Estemirovanın qətlindən də təəssüfləndiyini bildirmişdi. Lakin eyni müsahibədə o, mərhumda şərəf və xəcalət hissinin olmadığını söyləmişdi.