İndoneziya
rəsmiləri deyir ki, genetik təhlillər keçən həftə polis reydi zamanı öldürülən
şəxsin terrorçu lider Nurdin Məhəmməd Top olmadığını təsdiq edib. İndoneziya
milli polis rəsmisi Eddi Saparvoko bu gün bildirib ki, həmin şəxsin cəsədi kimliyin
müəyyən olunması üçün tibbi ekspertizaya
göndərilib. Yavanın mərkəzində İslamçı yaraqlıların sığınacağına reyd keçirən polis əməliyyatın hədəfinin Nurdin olduğunu
bildirib. Polis öldürülən şəxsin ailə üzvləri ilə genetik tərkibi müqayisə
olunandan sonra onun İbrahim adlı bir adam olduğu müəyyən edildiyini deyir.
Nurdin keçən ay Cakartada 2 məşhur hotelə qanlı hücumu təşkil etməkdə şübhəli
bilinir.