Rusiya
xəbər agentlikləri dünən Abxaziyada Rusiya baş naziri Vladimir Putinin səfəri zamanı
baş verən partlayış nəticəsində 2 adamın öldüyünü və bir neçəsinin
yaralandığını xəbər verir. Abxaziya Moskva tərəfindən müstəqil dövlət kimi tanındıqdan bəri bu Cənab
Putinin Gürcüstanın separatçı ərazisinə ilk
səfəri idi. Qaqrada baş verən partlayışda
52 yaşlı qadın həlak olmuş və 4 nəfər xəsarət almışdı. Yaralananlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib. Yaralananlardan biri daha sonra xəstəxanada
keçinib. Rəsmilər deyir ki, Abxaziya
paytaxtı Suxumidə baş verən ikinci partlayışda xəsarət alan olmayıb. Sonuncu partlayış cənab Putin Suxumini tərk
edərək Soçiyə qayıtdıqdan sonra baş verib.