İranın mühafizəkar ruhanisi siyasi etirazçıların həbsdə
olan zaman isgəncələrə məruz qalaraq ölməsi iddialarını rədd edib. Ali ruhani
Əhməd Xatəmi bu gün Tehran Universitetində cümə namazı zamanı deyib ki,
tanınmış müxalifət lideri və sabiq parlament spikeri Mehdi Kərrubinin işgəncə
iddiaları İranın düşmənlərinə xidmət edir. O, Kərrubinin dediyi sözlərə görə məhkəməyə
çıxarılmasına çağırıb. Qeyd edək ki, Kərrubi dünənki bəyanatında bəzi
məhbusların məruz qaldığı həddən artıq ağır cəzaların detallarını açıqlayıb. O,
həbsxana rəsmilərini kobut rəftardan, zorlamadan və ölənədək döymədən
istifadədə ittiham edib. Bu iddialar İranın sərt-xətt tərəfdarı mühafizəkar
dairələrini qəzəbləndirib və mühafizəkarla daha müasir ruhanilər və
siyasətçilər arasında yaranmış siyasi
bölünməni daha da dərinləşdirib.