ABŞ
prezidenti Barak Obama tədricən qızışmaqda olan səhiyyə islahatları debatına
nəzarəti ələ almağa çalışaraq amerikalıları səslərinin tonunu endirməyə və
həqiqətən mövcud olan fikir ayrılıqları haqda danışmağa çağırır. Şəhər yığıncaqlarında qəzəbli etiraz aksiyalarının
ardınca prezident şənbə günü radio və internet müraciətini debatı öz şərtləri
altında təqdim etməyə çalışıb. O, deyib
ki, status kvoda maraqlı olan adamlar insanları qorxutmağa çalışırlar. Lakin o, deyib ki, detallar üzərində
narazılıqlara baxmayaraq əksər amerikalılar razılaşır ki, sınıq sistem islah
olumalıdır. Həftəlik radio müraciətində Respublikaçılar da sonuncu fikirlə
razılaşıblar. Senator Orrin Hətç
bildirib ki, hər bir amerikalı üçün ucuz və keyfiyyətli təbbi xidmət
Respublikaçı və ya Demokrat məsələsi deyil.
Hətç sağlam debata tərəfdar olduğunu, eyni zamanda artıq xərcləmənin,
artıq vergilərin və artıq hökumətin düzgün cavab olmadığını vurğulayıb.