Accessibility links

Hyunday şirkətinin rəhbəri Şimali Koreyadadır


Cənubi Koreyanın Hyunday şirkətinin rəhbəri Şimali Koreya lideri Kim Conq İllə görüşmək ümidi ilə Pxenyandakı qalışını dördüncü dəfə uzadıb. Hələlik görüşün baş tutacağına heç bir işarə yoxdur.Hyun Cunq-eun ötən bazar ertəsi şirkətin əməkdaşı Yu Seonq Cinin azadlığıa buraxılmasına nail olmaq üçün Pxenyana üç günlük səfərə gəlmişdi.Əməkdaş mart ayından bəri Şimali Koreya hökumətini tənqid etdiyinə görə həbsdə saxlanılır.Yu öz vətəninə cümə axşamı qayıdıb.Yu Cənubi Koreyaya qaydışından xoşbəxt olduğunu və onun azadlığa çıxmasına yardım etmiş şirkət və Cənubi Koreya rəhbərliyinə minnətdar olduğunu bildirib. Cənubi Koreyanın Birləşmə naziri Cunq-eunun buraxılması əvəzində Şimala heç nəyin verilmədiyini bildirib.
XS
SM
MD
LG