Accessibility links

ABŞ ali rəsmisi Birmada görüşlər keçirib


ABŞ senatoru Cim Veb Birmada hərbi liderlərlə qısa danışıqlardan sonra ölkənin müxalifət lideri Aunq San Suu Kyi ilə görüşüb. 63 yaşlı Nobel Sülh mükafatı Laureatı Ranqundakı evindən hökumətin yaxınlıqdakı qonaq iqamətgahına gətirilib. Danışıqlar barədə ətraflı məlumat açıqlanmayıb. Günün əvvəlində Veb Birmanın paytaxtı Naypitauda hərbi lider general Tan Şve ilə görüşmüşdü. Veb Birma hərbi hökumətinin başçısı ilə görüşən Amerikanın ilk ali rəsmisidir. Son 10 ildə ilk dəfədir ki, ABŞ Konqresinin üzvü rəsmi səfərlə Birmaya gedib. Həm Ağ Ev, həm də Dövlət Departamentinin bildirdiyinə görə,Veb ABŞ prezidenti Barak Obamanın xüsusi bir mesajını çatdırmağa getməyib.

XS
SM
MD
LG