Accessibility links

ABŞ Mətbuatı: Amerikanın xarici siyasətində yeni era


Prezidentliyə ilkin seçki kampaniyasında Barak Obamaya məğlub olduqdan bəri Hillari Klintonun şəxsiyyəti Amerika siyasətində maraq obyektlərindən biri kimi qalır. Xanım Klintona bu növ münasibət isə bir sıra hallarda onun Amerika xarici siyasətində oynadığı mühüm rolu və fəaliyyətini kölgədə qoyur. Washington Post qəzetində Amerikanın xarici siyasətindəki yeni era haqda bəhs edən Deyvid Rothkopf bir vaxtlar Amerikanın banilərindən olan Tomas Ceffersonun tutduğu dövlət katibi vəzifəsinə Hillari Klintonun gətirdiyi özünəməxsus xüsusiyyətlərə nəzər salır. Onun fikrincə, bu vəzifəni tutduğu 7 ay ərzində yanlış olaraq xanım Klintonun əhvalı, görünüşü, və əri ilə münasibətləri onun xarakterini dəyişdiyi xarici siyasətdən daha çox diqqət cəlb edib.

Rothkopfun fikrincə, əslində Hillari Klinton son 20 ildə Amerika xarici siyasətində fundamental transformasiyanın əsasını qoyub ki, bu da Soyuq Müharibədən sonra Amerikanın yürüdəcəyi kursu müəyyən edir. Diplomatiyanın təbiətini yenidən nəzərdən keçirən Klinton uzun müddət Amerika xarici siyasətində kök salmış ənənələri sual altına qoyur. Bir çoxları prezident Obamanın Hillari Klintonla siyasi kampaniya dönəmindəki rəqibliyinin sonuncunun fəaliyyətini məhdudlaşdıracağı barədə qənaətə gəliblər. Buna misal olaraq mühüm xarici siyasət portfellərinin Pakistanda Riçard Holbruk, Yaxın Şərqdə Corc Mitçell kimi diplomatlara verilməsini nümunə göstərirlər. Lakin Rothkopfun yazdığına görə əslində Klinton Obama komandasının əvəzolunmaz üzvüdür və bu xüsusda o, Obamanın mülayim tonunu, sərt bəyanatları ilə tarazlayır. Lazım gəldikdə Birma, Şimali Koreya və başqalarının ünvanlarına sərt mesajlar göndərən xanım Klinton aydın edir ki, Birləmiş Ştatlar öz maraqlarını qorumaqda qətidir. O, biri tərəfdən Nyu Yorkda Xarici Əlaqələr Şurasında söylədiyi nitqdə Klinton Amerikanın yeni eradakı xarici siyasətini tərəfaşlıq, dialoq və ümumi maraqlarla səciyyələndirir. “Biz qlobal agendamızı həyata keçirmək üçün Çin, Hindistan, Rusiya, Braziliyə, habelə Türkiyə , İndoneziya və Cənubi Afrika kimi dövlətlərə münasibətlərin inkiaşına xüsusi önəm verəcəyik,” deyə o, bildirib. Diqqəti Böyük Səkkizlikdən inkişaf etməkdə olan ölkələrə çevirməklə Klinton aydın edir ki, bu administtrasiyas beynəxalq münasibətlərə yeni linzalaradan baxır və ənənəvi böyük qüdrət rəqabətinin davamında maraqlı deyil.

Digər tərəfdən Buş administrasiyasının xarici siyasət sahəsində miras qoyduğu irs - İraq və Əifqanıstanda davam edən mücadilə Amerika xarici siyasətin qarşısında başlıca sınaqlar kimi qalmaqdadır. ABŞ qüvvələrinin İraqı tərk etməyə hazırlaşdığı bir vaxtda həmin ölkədə terror hücumları yenidən vüsət almağa başlayılb. O, biri tərəfdən isə Obama administrasiyası əsas diqqətini Əfqanıstandakı müharibəyə yönəltdiyini deyir. Washington Post qəzetində Obama administrasiyasının Əfqanıstan siyasətini təhlil edən politololq Robert Kagan Əfqanıstanla İraq müharibəsi arasında Demokratlar tərəfindən yaradılmış süni təzadın faydasızlığını vurğulayır. Onun yazdığına görə hələ seçki kampaniyası dönəmində Barak Obama Əfqanıstan müharibəsini İraq müharibəsindən fərqli olaraq seçim müharibəsi yox, ehtiyac müharibəsi adlandırmışdı. Kaganın fikrincə cüzi sayda münaqişələri çıxmaqla əskər müharibələr, o cümlədən Əfqanıstan müharibəsi seçim müharibəsi olaraq qalır. Bir çloxları indi deyə bilər ki, 1991-ci ildəki Körfəz Müharibəsi lazımi müharibə idi. Lakin fakt budur ki, o zaman realistlər Səddam Hüseyn üçün qırmızı xəttin küveytdə yox, Səudiyyə Ərəbistanında çəkilməsini istəyirdilər. Yaxud Koreya müharibəsini indi bir çoxları lazımi müharibə adlandırır, halbuki Stalinlə 1945-ci ildə Şərqi Avropa uğrunda müharibəyə getməyən Amerika Koreyanı da kommunistlərə qurban verməklə əsaslı heç nə itirməzdi. Kaganın yazdığına görə Barak Obama elə hesab edir ki, Əfqanıstan müharibəsini lazımi müharibə kimi təqdim etməklə o, Amerikanın əməllərini əsaslandıra və dünya gözündə legitimləşdirə bilər. Lakin həqiqət budur ki, Amerikanın müharibəni istənilən formada təqdim etməsindən asılı olmayaraq onu başqa cür görənlər öz fikirlərində qalacaqlar, və Amerikanın hamını razı salmaq istəyi bütün hallarda effektiv olmayacaq. Bu üzdən də Barak Obama Əfqanıstan müharibəsinin seçimli müharibə olmasını qəbul etməli, sadəcə bu seçimin niyə görə başqa alternativlərdən üstün olduğunu izah edərək onun qalib sonluğadək vuruşulmasını təmin etməlidir, deyə Kagan yazısını bitirir.

XS
SM
MD
LG