Qırmızı
Xaç Cəmiyyətinin Şimali və Cənubi Koreyadan olan nümayəndə heyəti 1950-53-cü illərdə Koreya
müharibəsi nəticəsində bir-birindən ayrı düşmüş ailələrin qovuşması üçün
müzakirələr aparır. Cənubi Koreya Qırmızı Xaç ofisinin baş katibi Kim Yonq-Çol
Şimali Koreyada keçirilən danışıqlarda 3 nəfərdən ibarət nümayəndə heyətinə
başçılıq edib. Kim deyir ki, ailələrin bir-birinə qovuşması müzakirələrin
prioriteti olacaq, ancaq gündəlikdə digər humanitar məsələlər də yer alacaq.
Bu, son iki ildə ölkələr arasında ilk danışıqlardır. Qeyd edək ki, dünən
Pxenyan Seulla birbaşa telefon əlaqəsini bərpa etmişdi. Şimal Cənubi Koreyanın
“düşmən” siyasətinə etiraz əlaməti olaraq telefon əlaqəsini kəsmiş və ailələrin
bir-biri ilə görüşməsinə qadağa qoymuşdu.