Accessibility links

Əfqanıstanın Paktika vilayətindəki tibb mərkəzinın nəzarəti geri alındı


NATO və Əfqanıstan hərbi qüvvələrinin bildirdiyinə görə, Taliban yaraqlıları çərşənbə günü Əfqanıstanın Paktika vilayətindəki tibb mərkəzini ələ keçirdikdən sonra mərkəz Birləşmiş Ştatlar vertolyotları tərəfindən atəşə tutulmuşdur. Rəsmilər yarqlıların mərkəzə yaralanmış Taliban komandirini gətirdiklərini və hərbi vertolyotların yerdə militantlarla döyüşən koalisiya əsgərlərinə dəstək veridiyni bildirir. Döyüşlər zamanı 12 yaraqlının öldürüldüyü, yaralı Taliban komandiri də daxil edilməklə, 7 militantın yaxalandığı bildirilir.

Yerli rəsmilər koalisiya qüvvələrinin xəstəxana işçilərini və yaralanmış bir təhlükəsizlik işçisini xilas etdiklərini deyirlər. Bundan bir neçə saat sonra isə NATO Əfqanıstanda iki ABŞ əsgərinin qətlə yetirildiyini xəbər verib.

XS
SM
MD
LG